Daha bir erməni İlham Əliyevə müraciət etdi:   Bakıya gəlmək istəyir - Video

saytların hazırlanması

Evə çatdırılma

Daha bir erməni İlham Əliyevə müraciət etdi: Bakıya gəlmək istəyir - Video

Hadisə

09 Avqust 2022 18:25 2730


İslamı qəbul edən erməni qadın Aqunik Abovyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb.

Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir.

“Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”, - deyə o sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, son günlərdə bir neçə erməni Prezident İlham Əliyevə müraciət ünvanlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!