Daha bir əsgərimizin şəhid xəbəri gəldi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir əsgərimizin şəhid xəbəri gəldi

Sosial

10 Fevral 2021 21:46 884


Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.

Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.  Marqarita pizza

Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.

Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!