Daha bir icra başçısı vəzifəsindən azad olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Daha bir icra başçısı vəzifəsindən azad olunacaq

Siyasət

11 Fevral 2020 07:26 1992


Daha bir icra başçısı vəzifədən gedir.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatda A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub. pizza mizza

Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.

Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!