Daha bir ölkə Azərbaycanı dəstəklədi
28 Sen 2020 02:12
940

Daha bir ölkə Azərbaycanı dəstəklədi

"Ermənistan ilə Azərbaycan arasında on illərdir həll edilməyən Qarabağ problemi təəssüf ki, yenidən qarşıdurmaya çevrilib".

Yenisabah.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı söyləyib.

"Azərbaycan ərazisinə yönəlmiş hücumları qınayır, dost və qardaş Kipr Türk xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm".

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir. /Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər