Daha bir şəhidimiz dəfn olundu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Daha bir şəhidimiz dəfn olundu - Fotolar

Sosial

07 Fevral 2021 00:52 741


Vətən Müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən daha bir hərbçimiz torpağa tapşırılıb.

Yenisabah.az xəbər verir ki, söhbət Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Ələkbərli Ələkbər Ramiz oğlundan gedir.

Şəhidin nəşi əvvəlcə ata ocağına gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, hərbçilər və kənd sakinləri iştirak edib. Marqarita pizza

Mərasimdən sonra onun nəşi Köçərli kənd qəbiristanlığında dəfn olunub. Şəhidin nəşinin büküldüyü üçrəngli bayraq atasına təqdim olunub.

Qeyd edək ki, Ə.Ələkbərli tankçı olub. O, sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!