“Danışığı zaydırsa, danışdırmayın” - Faiq Ağayev həmkarlarını tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Danışığı zaydırsa, danışdırmayın” - Faiq Ağayev həmkarlarını tənqid etdi

Şou

07 Fevral 2020 18:53 1053


ARB TV-də yayımlanan "Show news" verilişində Xalq artisti Faiq Ağayev şou-biznesin hazırki vəziyyətindən danışıb. 

"Yeni Sabah" xəbər verir ki, Xalq artisti hər şeyin dəyişdiyini bildirib:

"Dəyərlər dəyişdi. Yaxşı mahnı təhvil verib, gündəmsiz qalmaq olur. Amma heç 3-5 il mahnı buraxma, buna-ona cırmaq at, onun ailəsini müzakirə et, başqasının ailəsini dağıt. Bununla gündəmdə qalmaq olur". pizza hut

Faiq Ağayev əvvəl keyfiyyətin, indi isə kəmiyyətin vacib olmasını xüsusi vurğulayıb:

"Bu gün və indi ilə yaşamaq düzgün deyil. 5-10 il sonra ilə yaşayıram ki, hansı mahnım dilə gələcək, nə deyəcəklər. Bizdə keyfiyyət, indi isə kəmiyyət vacibdir.

Radionu və televiziyanı səviyyəsiz mahnılardan təmizləmək lazımdır. Əgər müğənninin görünüşü yaxşıdırsa, danışığı zaydırsa, onu danışdırmayın. Ancaq oxumağa çağırın. Özü də biabır olur, tamaşaçı da irad bildirir. Bu da yaxşı hal deyil.

Rejissor Türkiyədən də, gürcüstandan da, Ukraynadan da ola bilər. İş öncədən danışmaq deyil, tamaşaçıdan rəy almaqdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!