De Byazi daha 2 il Azərbaycan millisini çalışdırmaq istəyir
06 Apr 2021 16:04
211

De Byazi daha 2 il Azərbaycan millisini çalışdırmaq istəyir

Canni De Byazi uzun müddət Azərbaycanda qalmaq istəyir.

Yenisabah.az-ın məlumatına görə, italiyalı aş məşqçisi AFFA ilə müqaviləsinin müddətini daha 2 il uzatmaq niyyətindədir.

65 yaşlı mütəxəssis artıq bu fikrini AFFA rəhbərliyinin diqqətinə çatdırıb.

Ötən il millimizin sükanı arxasına keçən apenninli çalışdırıcı başladığı işi uğurla bitmək üçün 2 ilin kifayət etmədiyini bildirib.

O, DÇ-2022-nin seçmə mərhələ oyunlarının göstərdiyi fəaliyyətin nəticələrini görmək mənasında yetərli olmadığını qeyd edib. De Byazi yalnız AVRO-2024-ün seçmə mərhələsində uğurlu çıxış edə biləcəklərini söyləyib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər