“Dəhlizdə Azərbaycan vətəndaşları yoxlanacaq?” - Paşinyan   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

“Dəhlizdə Azərbaycan vətəndaşları yoxlanacaq?” - Paşinyan AÇIQLADI

Siyasət

10 Sentyabr 2025 22:15 3642


Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milli, irqi, dini və vətəndaşlığına görə heç bir bölgü olmadan hər kəsə şamil edilir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentdə “Ermənistan” müxalifət blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.

Xamoyan kommunikasiyaların açılması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub: “Məsələn, onların pasportları yoxlanılacaqmı, məsələn, Ermənistan Respublikası ərazisində cinayət törətsələr, saxlanılıb mühakimə olunacaqlarmı?” pizza hut

Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının yurisdiksiyası hamıya eyni dərəcədə şamil edilən dövlət prinsipidir.

Eyni zamanda, baş nazir Ermənistanın müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışdığını vurğulayıb, xüsusilə, sərhədləri keçmək məsələsində:

“Onlar adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətini təmin edirlər. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər”.

Baş nazirin sözlərinə görə, hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə və Azərbaycan - istifadə etmək niyyətindədir: onlardan hava limanlarında da istifadə olunacaq./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!