İsrail Silahlı Qüvvələri Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı zərərsizləşdirmək məqsədilə dəqiq zərbə endirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əl-Həddad 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumun əsast əşkilatçılarından biri hesab olunur. Marqarita pizza
İsrailin müdafiə naziri İsrail Kats "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, HƏMAS rəsmisi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Qəzza zolağının hərbsizləşdirilməsi və qruplaşmanın tərksilah edilməsi istiqamətində əldə olunan razılaşmanın icrasından yayınmağa çalışıb.
"Bu, canımıza qəsd edən bütün qatillərə açıq mesajdır: İsrail gec-tez sizə çatacaq", - deyə Kats vurğulayıb./Oxu.az
Telegram kanalımız