Özbəkistan oktyabr ayında Daşkənddə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Türk Elm və İnnovasiya Günlərini keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.
Sənədə əsasən, TDT liderləri gənclərə, qadınlara və STEM istiqamətlərinə xüsusi diqqət yetirməklə rəqəmsal savadlılıq, süni intellektin öyrədilməsi, bacarıqların inkişafı və istedadların mobilliyi üzrə birgə proqramlar vasitəsilə insan kapitalının inkişafı sahəsində əməkdaşlığın fəallaşdırılmasına çağırırlar. Müntəzəm təhsil platformalarının, texnoloji və aerokosmik festivalların, eləcə də mübadilə proqramlarının təşkili prioritetlər sırasına daxildir. Dominos pizza
"Özbəkistanın 2026-cı ilin oktyabrında Daşkənddə Türk Elm və İnnovasiya Günlərini keçirmək təklifini alqışlayır və türk dünyasının elmi əməkdaşlığını və innovasiya potensialını gücləndirmək üçün tədqiqatların dəstəklənməsi üzrə birgə proqramların işlənib hazırlanmasına çağırırıq", - sənəddə qeyd olunur.
Dövlət başçıları həmçinin 2025-ci il iyunun 25-də Bişkekdə qəbul edilmiş Kənd Təsərrüfatı Əməkdaşlığı üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, türk dövlətlərinin kənd təsərrüfatında rəqəmsal transformasiyanın təşviqinin və aqrar sektora rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər./Report
Telegram kanalımız