DİQQƏT! Bu abituriyentlər üçün əlavə imtahan keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu abituriyentlər üçün əlavə imtahan keçiriləcək 

Sosial

30 Avqust 2023 12:37 372


Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. 

"Report" xəbər verir ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, və Şirvan şəhərlərində təşkil olunacaq.  Marqarita pizza

Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!