Dollar qaçaqmalçılığı: Pakistan rupisu dəyərini itirir

saytların hazırlanması

Evə çatdırılma

Dollar qaçaqmalçılığı: Pakistan rupisu dəyərini itirir

Dünya

07 Fevral 2023 16:17 702


"Taliban" hakimiyyətə gəldikdən sonra hər gün Pakistandan Əfqanıstana qaçaqmalçılıq yolu ilə 5 milyon dollardan çox pul gətirilib.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu, Əfqanıstanın valyuta ehtiyatlarının Vaşinqton tərəfindən bloklanmasından sonra baş verib.

Pakistandan Əfqanıstana valyuta qaçaqmalçılığı iqtisadiyyatda böhrana səbəb olub. pizza

Pakistan Mübadilə Şirkətləri Assosiasiyasının baş katibi Məhəmməd Zəfər Paraça bildirib ki, valyuta brokerləri, treyderlər və qaçaqmalçılardan ibarət 26 nəfərlik qrup Əfqanıstana gündəlik 5 milyon dollar idxal edir.

Onun sözlərinə görə, bu proses gəlirli biznesə çevrilib. Pakistan rupisi dollar qarşısında dəyərinin 37%-ni itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!