Dörd dəfə deputat olub, beşincini düşünür...

saytların hazırlanması

Evə çatdırılma

Dörd dəfə deputat olub, beşincini düşünür...

Siyasət

04 Mart 2019 18:35 1392


“Mən 4 dəfə Milli Məclisin deputatı seçilmişəm. Beşinci dəfə seçkilərdə iştirak edib-etməyəcəyimi düşünəcəyəm...”

“Yeni Sabah” xəbər verir ki, bunu Report-a müsahibəsində millət vəkili Eldar Quliyev deyib. O, bildirib ki, elm sahəsində fəaliyyətini davam etdirmək istəyir. Amma... “Bilsəm ki, həmin qəsəbələrə can yandıran, bacarıqlı gənc kadr namizəd olacaq, ona dəstək verərəm. Həmin şəxs bilməlidir ki, deputat olmaq əli cibində, xidməti maşında gəzmək, obyekt sahibi olmaq demək deyil”.

E. Quliyev seçkilərdə gənc namizədlərə daha çox üstünlük veriləcəyi ilə bağlı suala da cavab verib: “Hər zaman gənc kadrların irəli çəkilməsinin, yüksək vəzifələrə təyin olunmasının tərəfdarı olmuşam. Parlament elə bir yerdir ki, bura həddən artıq gəncləri cəlb etmək olmaz. Həyat təcrübəsi, geniş dünyagörüşü olan şəxslər üstünlük təşkil etməlidirlər. Gənclər bəzi hallarda eyforiyaya qapılırlar, düzgün yol seçməkdə çətinlik çəkirlərlər. Sabiq deputat Hüseyn Abdullayevi misal çəkim. O da gənc idi, lakin özünü idarə edə bilmirdi. İclaslarda məndən qabaqkı sırada otururdu, dəfələrlə onu sakitləşdirirdim. Bir dəfə də parlamentdə dava saldı, həbs olundu, Prezident əfv etdi, sonra yenə həbs olundu.  pizza hut

Deputat olmaq üçün əsas meyar yaşlı, yaxud gənc olmaq deyil, iş bacarmaqdır. Maştağa boyda qəsəbənin xəstəxanasında cəmi bir ultrasəs müayinə aparatı var idi, tələbatı ödəmirdi. İkinci aparatı aldım, xahişimlə səhiyyə naziri Oqtay Şirəliyev ştat verdi, yeni şöbə yaradıldı. Başqa bir misal çəkim, nikahın qeydə alınması üçün idarə Sabunçuda yerləşdiyindən qəsəbələrdə ailə quran gənclər ora getməyə çətinlik çəkir, kəbinlə ailə qurmağa üstünlük verirdilər. Müəyyən səbəblərdən ailə dağılanda mübahisələri məhkəməyə çıxara bilmirdilər. 

Maştağa qəsəbəsində özümə məxsus binanı bu məqsədlə həmin idarəyə verdim, açılışında ədliyyə naziri Fikrət Məmmədov da iştirak edirdi. Bunları sakinlərin əziyyət çəkməməsi üçün etmişəm. Digər problemləri də həll etmişəm. Yüksək səviyyədə həlli tələb olunan hansı problemlə bağlı Prezidentə müraciət etmişəmsə, hamısı həllini tapıb. 2015-ci ildə Nardaranda baş verən hadisələrlə bağlı orada sakinlərlə görüşdüm, barikkadaları yığışdırtdırdım. Yəni deməyim odur ki, bu yerlərdə ağsaqqal sözü eşidilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!