Dövlət Təhlükəsizlik Xismətinin N saylı hərbi hissəsində gənc əsgərlər and içib.
“Yeni Sabah” xəbər verir ki, xidmətin rəisi iştirak etdiyi mərasimdə dövlət himni səsləndirilib, gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-polkovnik Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. pizza hut
Mədət Quliyev əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik edib. O hərbi hissədə xidmətin nümunəvi və səmərəli təşkili, o cümlədən hərbi-texniki və döyüş sahəsində müasir nailiyyətlərin nəticələrinin mənimsənilməsi, ümumən əsgərlərin bilik və vərdişlərinin, fiziki hazırlıqlarının daha da yüksəldilməsi istiqamətində görülən işlərlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.
Telegram kanalımız