Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

DTX-nın həbs etdiyi polkovniklə bağlı maraqlı faktlar
24 İyl 2021 11:22
5222

DTX-nın həbs etdiyi polkovniklə bağlı maraqlı faktlar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən gün DTX tərəfindən həbs edilən polkovnik Vüsal Babayevlə bağlı açıqlama verib.

Yenisabah.az-ın məlumatına görə, Xidmətdən “Qafqazinfo”ya bildirilib ki, 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib: “Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.

Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

  

  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər