Xalq artisti Zülfiyyə Xanbabayeva koronavirusdan qorunmaq məqsədi ilə evindən çıxmadığını deyib.
Yenisabah.az xəbər verir ki, sənətçi sosial şəbəkədə görüntülərini "evdə qalın" başlığı altında paylaşıb. O, baş verənlərin təsadüf olmadığını, gözəl günlərin yenidən gələcəyinə ümid etdiyini bildirib:
"Günlərdir düşünürəm. Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək. İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil! Dualarımızı əksik etməyək!" pizza hut
Qeyd edək ki, Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı bir milyon nəfərə yaxınlaşır.
Telegram kanalımız