“Düşmən məyus olmalıdır“ - İranın Ali rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Düşmən məyus olmalıdır“ - İranın Ali rəhbəri

Dünya

12 Yanvar 2023 15:32 769


"Biz özümüzdən xəbərdar olmalıyıq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali rəhbəri Ayətullah Xamnəi deyib.

Bu gün keçirdiyi görüşdə o, İranda 3 aydan çox davam edən etiraz aksiyalarına toxunub: "Təkəbbürlü olmayaq, diqqətdən kənarda saxalamayaq, deməyək ki, vəssalam işlər bitdi. Meydandan geri çəkilməyək, meydanda olaq... Bəli, müxtəlif zövqlər var, müxtəlif məsələlərdə nəzəri fərqliliklər var, amma insanlar arasında İslamla bağlı, sistemlə bağlı, inqilabla bağlı fikir birliyi var, qoymayaq ki, bu fikir birliyi aradan qalxsın". Marqarita pizza

Ayətullah Xamnəi daha sonra qeyd edib: "Millətin birliyinə xələl gətirmək sahəsində hərəkət edən hər kəs düşmənə işləyir. Düşmənin ümidini kəsməliyiyik. Düşmən məyus olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!