DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

Sosial

26 Sentyabr 2023 17:59 363


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək: Toyuqlu pizza

“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlməyə üstünlük versinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilərdən isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamamağı xahiş edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!