“Gürcüstandan və başqa ölkələrdən müvəqqəti gələn avtomobillərlə qayda pozulmasına görə cərimələrin ödənilməsi ilə bağlı maraqlı fikirlərə rast gəldim. Belə bir problemin olmasını illərdir, qeyd edirik. Həm də təkcə avtomobil nömrəsi ilə bağlı deyil, xarici ölkələrin sürücülük vəsiqələri ilə bağlı da bu problem var”.
“Yeni Sabah” xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, problemin həlli xırda hüquqi və İT işi tələb edir:
“Bunun üçün DYP-nin mərkəzi informasiya sisteminin DGK, DSX və Miqrasiya Xidməti ilə inteqrasiyası təmin edilməlidir. Həmin qurumlar üzərinə qanunvericiliklə vəzifə qoyulmalıdır ki, xaricdən daxil olan bütün avtomobillərin qeydiyyat nişanını və ona dair başqa zəruri məlumatları, sürücünün isə vəsiqəsi və ölkədə qeydiyyata düşəcəyi ünvanı elektron bazaya daxil etsinlər. pizza
Bundan sonra həmin avtomobillər və onların sürücüləri də bizim kimi DYP-nin mərkəzi informasiya sistemində görünəcəklər. Onlar da elektron və ya adi qərarla məsuliyyətə cəlb oluna biləcəklər. Xaricə döndükdə isə sərhəddə bütün cərimələri dərhal görünəcək və ödənilməsi tələb olunacaq.
Amma öz ölkəsində nömrəsi dəyişilmiş avtomobilin təkrar Azərbaycana gələrkən ban nömrəsi ilə yoxlanılması indi praktiki olaraq çox qəlizdir. Çünki həmin məlumat DGK-da var, DYP-də yoxdur”.
Telegram kanalımız