“Efirdən sonra zəng edib deyir ki...” - Şəbnəm sirləri açdı

saytların hazırlanması

Evə çatdırılma

“Efirdən sonra zəng edib deyir ki...” - Şəbnəm sirləri açdı

Şou

02 May 2023 10:07 944


Müğənni Şəbnəm Tovuzlu övladlarının təhsil və tərbiyəsinə xüsusi diqqət yetirdiyini bildirib. Sənətçi bu barədə “Həmin Zaur” verilişində danışıb. 

Yenisabah.az xəbər verir ki, ötən gün proqramda qonaq olan ifaçı övladlarından gözləntilərinin çox olduğunu vurğulayıb:

“Həm oğlumun, həm də qızımın yaxşı tərbiyə alması üçün əlimdən gələni edirəm. İstəyirəm ki, 45-50 yaşa çatanda, yəni qocalanda övladlarım mənə baxsınlar, qeydimə qalsınlar. İnanıram ki, belə də olacaq. Bizim ailədə tərbiyə əzəldən düzgün qurulub”.  Dominos pizza

Şəbnəm Tovuzlu ifaçılara irad bildirən sənət adamlarından da gileylənib. O deyib ki, əsl dost müğənni həmkarının nöqsanını görməlidir, amma bunu ictimai yerdə deməməlidir.

“Bəzən gəncləri efirdə tənqid edirlər. Demirəm ki, mənim, ya başqasının nöqsanını dilə gətirməsinlər. Səhvimiz varsa, desinlər, ancaq bunu camaatın içində etməsinlər. Könül Kərimova və başqa bir neçə sənət dostum mənim fəaliyyətimi yaxından izləyir. Efirdə hansısa səhvim olanda öz iradını çatdırır, amma bunu publik şəkildə etmir, verilişdən sonra zəng edib nöqsanımı özümə deyir. Buna görə də onları çox sevirəm”, - deyə ifaçı qeyd edib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!