Əfqan polisinin keçmiş rəhbəri Tehranda öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Əfqan polisinin keçmiş rəhbəri Tehranda öldürüldü

Dünya

25 Dekabr 2025 09:48 404


Tehranda əfqan polisinin keçmiş rəisinə sui-qəsd edilib.

"Yeni Sabah" əsr-e iran-a istinadla xəbər verir ki, İkramuddin Səri 2021-ci ildə "Taliban" hakimiyyətə gəldikdən sonra İrana köçmüşdü.

O, Əfqanıstan Respublikası dövründə Bağlan və Taxar əyalətlərinin polis rəisi olub. pizza sifarişi

Səri və yol yoldaşlarının olduğu avtomobil Tehranda naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində bir nəfər yerindəcə keçinib, Səri özü isə ağır yaralarla xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!