“Ehsan verməklə Allahın ölüyə münasibəti dəyişmir” -Deputat
07 İyl 2020 10:43
552

“Ehsan verməklə Allahın ölüyə münasibəti dəyişmir” -Deputat

Karantin rejimi dövründə yas mərasimi keçirmək mədəniyyat məsələsidir, cəmiyyətə münasibət göstəricisidir. Bu, əslində cəmiyyətə hörmətsizlikdir.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat qanunlara əməl etməyin vacib olduğunu vurğulayıb: "Allah ölənlərə rəhmət etsin, bizim yas mərasimi keçirmək ənənəmiz var. Lakin o demək deyil ki, belə ağır vaxtda çadır qurasan, 100-lərlə insanı dəvət edəsən, onların xəstələnməsinə və ya ölməsinə bais olasan. Sən bu yası verirsən ki, ölənə rəhmət oxunusun. Bunun əvəzində insanlar xəstəliyə tutulursa, ölünün ruhu da dinc olmaz.

Qanun hər yerdə birincidir. Yasın olmaması barədə qanun varsa, demək əməl edilməlidir. Başsağlığını telefonla da vermək olar. İnsanları toplamaqla, ehsan verməklə Allahın ölüyə münasibəti dəyişməyəcək, yeri bərk və ya boş olmayacaq”. / Azvision.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər