Ekoloqdan əhaliyə çağırış...

saytların hazırlanması

Evə çatdırılma

Ekoloqdan əhaliyə çağırış...

Sosial

23 Avqust 2022 17:43 1240


“Son günlər baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiətə və əhaliyə vurulan zərər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır. Yay mövsümü, qızmar hava şəraiti, quraqlıq və taxıl biçini gələr-gəlməz günlərimizi narahatlıq və həyəcan içində keçiririk. Meşələrə ciddi zərər vuran yanğınların başladığı yeri, alovun yayıldığı nöqtələri araşdırıb təhlil aparanda ön sırada antropogen amillərin dayandığı görünür. Ötən il də, ondan əvvəlki il də və bu il də...” 

“Yeni Sabah” xəbər verir ki, bunu Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov deyib. O, sual edib ki, niyə üstündə gəzdiyimiz, məhsulu ilə bizi qidalandıran torpağa, kölgəsində dincəldiyimiz yaşıllıqlara bu qədər etinasızıq var? 

“Məhsulunu biçəndən sonra ot örtüyünü yandırıb külə döndərənlər, təbiət ərazilərində istirahət edərkən ocaq qalayıb söndürməyənlər, yanan siqaret kötüklərini ətrafa atanlar, görəsən, nə fikirləşir? Sual yaradan bu məqamlar dəfələrlə təkrarlandığından fermerlərlə, kənd sakinləri ilə mütəmadi maarifləndirici görüşlər keçirilir. Amma çox təəssüf ki, böyük ərazilərə, meşələrə yayılan, torpağa, yaşıllıqlara zərər vuran, hətta insanların yaşayış yerlərinə ciddi təhlükə yaradan yanğın, yenə də əsasən əkin yerlərinin, biçənəklərin yandırılmasından, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına əməl ediməməsindən başlanır. pizza

Gəlin, hamımız, torpaq sahibləri, fermerlər, turistlər və ən adi vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl edək, yanğınlara şərait yaradan vərdişlərdən uzaq duraq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!