Tanınmış teleaparıcı Elçin Əlibəyli Bakıda təkbaşına aksiya keçirib.
“Yeni Sabah” xəbər verir ki, İran səfirliyi qarşısında keçirilən aksiyaya səbəb, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı “Qarabağ Ermənistanındır” şüarının qaldırılması olub.
Səfirliyin qarşısında ağzını “İran SUS” lenti ilə bağlayan teleaparıcı aksiyanı təxminən 10 dəqiqə davam etdirib. Bu müddətdə o aksiyanı sosial şəbəkədə canlı yayımlayıb. pizza
Telegram kanalımız