Əli Kərimli və Məmməd İbrahim “Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edildilər

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimli və Məmməd İbrahim “Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edildilər

Kriminal

30 Noyabr 2025 17:29 1131


Ötən gün AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.

"Yeni Sabah" xəbər verir ki, bu gün isə məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.

Hələlik onlara ittiham elan olunmayıb. Dominos pizza

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!