Əli Kərimlinin müşaviri azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimlinin müşaviri azadlığa çıxdı

Siyasət

13 Fevral 2019 16:13 1138


AXCP sədrinin müşaviri Məmməd ibrahim azadlığa çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə oğlu Turan İbrahim feysbukda paylaşıb.

Qeyd edək ki, AXCP sədrinin müşaviri Məmməd İbrahim 2015-ci il sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanılıb. Noyabrın əvvəlində isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılıb və 3 il azadlıqdan məhrum edilib. pizza sifarişi

M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!