“Elinaya nələr deyib ki, o, intihar edib“ - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Elinaya nələr deyib ki, o, intihar edib“ - Xalq artisti

Şou

12 Aprel 2019 18:42 1115


Xalq artisti Brilliant Dadaşova intihar edən 8-ci sinif şagirdi Elina haqda danışıb. 

"Yeni Sabah"ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində deyib ki, üç gecədir yata bilmir:

"Uşağın özünü atmasına görə gecələr yata bilmirəm. Biz ağır gündə, 20 Yanvarda küçəyə çıxan xalqığ. Nə oldu ki, belə vəhşiləşdik, bir-birimizə qarşı amansızlaşdıq? Bunlar mənə təsir edir. Gələcəyimiz bu gedişlə çətin olar. Dominos pizza

 Həmin direktoru işdən çıxarmaq kifayət deyil, ona cəza verilməlidir. Ölkə başçısı insanlar üçün nələr edir. 10 milyonuncu sakinə olan diqqəti gördük. 

Uşaq intihar edir, həyatına son qoyur. Qalxıb deyir ki, əxlaqsız ailədəndir. Gör, sən bizə bunu deyirsənsə, uşağa nələr demisən ki, o, intihar edib. Bundan sonra özümə gəlmək üçün mənə bir ay vaxt lazımdır"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!