Əliyev və Paşinyan Ağ Evdə! – Tramp təkbətək görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Əliyev və Paşinyan Ağ Evdə! – Tramp təkbətək görüşəcək

Siyasət

05 Avqust 2025 08:51 8721


ABŞ paytaxtı Vaşinqtonda bu cümə günü keçirilməsi planlaşdırılan ABŞ-Azərbaycan-Ermənistan sammitinə dair yeni detallar ortaya çıxıb.

"Yeni Sabah" ABŞ mediasına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sammit çərçivəsində ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Daha sonra Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edəcək.

Görüşlərin ardınca üç liderin – Tramp, Əliyev və Paşinyanın birgə bəyanatla çıxış etməsi gözlənilir. Həmin bəyanatın əsas mövzusunun Ermənistan-Azərbaycan münasibətlərində sülh sazişi istiqamətində atılacaq addımlar olacağı bildirilir. Marqarita pizza

Xatırladaq ki, Vaşinqton görüşü ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində keçirilir və regional sabitliyin təmin olunmasında mühüm mərhələ hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!