Elman Həsənov vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Elman Həsənov vəzifəsindən azad edildi

Sosial

24 Oktyabr 2022 10:15 3035


“Aztelekom” MMC-də kadr dəyişikliyi olub.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Baş direktorunun müavini Elman Həsənov vəzifəsindən azad edilib.

Məlumatı “Aztelekom” MMC-nin mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər. Pepperoni pizza

Qurumdan bildirilib ki, E.Həsənov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxilində başqa vəzifəyə təyinatı ilə əlaqədar olaraq 21.10.2022-ci il tarixindən etibarən “Aztelekom” MMC-dəki fəaliyyətini dayandırıb. 

Elman Həsənov peşəkar fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində Baş direktorun müavini olaraq davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!