Elza Seyidcahan onun adından şeir yazanları DİN-ə şikayət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan onun adından şeir yazanları DİN-ə şikayət edəcək

Şou

21 Fevral 2020 11:53 1073


Əməkdar artist Elza Seyidcahan şeirlərinə görə Daxili İşlər Nazirliyinə müraciət edəcək. Yenisabah.az xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan bəstəkar-müğənni onun adından sosial şəbəkələrdə şeirlər paylaşılmasından təngə gəldiyini, buna görə DİN-ə müraciət edəcəyini deyib: "Mənim adımdan siyasi şeirlər yazırlar. Buna görə Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm". Qeyd edək ki, bir müddət öncə növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən Əməkdar artistin seçkilərlə bağlı yazdığı şeiri sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Sənətçi isə açıqlama verərək, bu şeirin ona aid olmadığını bildirmişdi. Xatırladaq ki, E.Seyidcahan parlament seçkilərinə namizəd kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qatılsa da, seçilməyib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!