Əmək kitabçaları dövriyyədən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Əmək kitabçaları dövriyyədən çıxarılır

Sosial

29 Yanvar 2021 13:02 821


2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq.

Yenisabah.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq: Dördpendirli pizza

“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çekməyi nəzərdə tuturuq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!