Əməkdar artistin meyiti tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistin meyiti tapıldı 

Mədəniyyət

09 Aprel 2024 14:40 3382


Rusiya Federasiyasının Əməkdar artisti Yevgeni Kunqurov 40 yaşında vəfat edib. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, opera müğənnisinin meyiti Moskvanın mərkəzində, evinin yaxınlığında tapılıb. İlkin məlumata görə, o, intihar edib. 

Sənətçi həmin vaxt evdən uzaqda olan həyat yoldaşına intiharla hədələyib. Narahat olan qadın xilasediciləri çağırıb. Sənətçi qadına mesaj göndərdikdən sonra daha onunla əlaqə saxlamayıb.  Dominos pizza

Xilasedicilər Əməkdar artistin artıq öldüyü vaxt hadisə yerinə gəliblər. 

Yevgeni Kunqurov "Səs", "Grand Opera" televiziya layihələrində iştirakı sayəsində tanınıb. O, həm də “Romantika romantikası” televiziya proqramının daimi aparıcısı olub. 

Son illərdə o, Kalininqradın regional musiqili teatrı ilə əməkdaşlıq edib. 2023-cü ilin yanvarında Kunqurov ictimai-siyasi həyatda fəal iştirakına görə Rusiya prezidenti Vladimir Putindən təşəkkür məktubu alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!