Ərdoğan sabah Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan sabah Bakıya gəlir

Siyasət

08 Dekabr 2020 18:14 1473


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

Yenisabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Marqarita pizza

Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!