Kinematoqrafçılar İttifaqının qurultayında qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

Kinematoqrafçılar İttifaqının qurultayında qarşıdurma

Mədəniyyət

26 May 2026 15:25 110


Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultayda gərgin anlar yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, tədbir zamanı zalda mübahisə düşüb. İştirakçıların bir qismi səsvermənin gizli keçirilməsinə etiraz edib, bəzisi isə gizli olmasını istəyib.

Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı tərəfləri sakitləşməyə çağırıb. O bildirib ki, üzvlər arasında qarşıdurma yaranmamalıdır: pizza mizza

“Biz bölünməməliyik, üzvləri qarşı-qarşıya qoymamalıyıq. Yenidən bir araya gəlməliyik. İnkişaf koordinasiyamız olmalıdır”.

Nazirlik nümayəndəsi həmçinin Əli İsa Cabbarova daha çox səlahiyyət verilməsinin vacibliyini vurğulayıb:

“Mən nizamnamədə bu istiqamətdə dəyişiklik edilməsini təklif etmişdim. Gəlin qarşı-qarşıya dayanmayaq, kinonu inkişaf etdirək. Bir-birimizi qıcıqlandırmayaq. Barışıq mövqeyindən çıxış edib yenidən toplaşaq. Təklifim budur. Şəfiqə Məmmədova da Əli İsa bəy də birlikdə çalışmalıdır. Əks halda, İttifaq  dağıla bilər”.

Əsmətxamın Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!