Ərdoğan: “Terror cəsarəti olmayanların alçaq hücumudur”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Terror cəsarəti olmayanların alçaq hücumudur”

Dünya

22 Noyabr 2022 16:27 686


“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edərək buna cavab verib: “Terrorçular bu dəfə də svil insanlarımızı hədəf aldılar. 4 yaşındakı körpəmiz, 22 yaşlı müəllimimiz şəhid oldu”. Toyuqlu pizza

Ərdoğanın sözlərinə görə, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.

Türkiyə lideri həmçinin quru əməliyyatlarının anonsunu verib: “Ən qısa zamanda tankımızla, əsgərlərimizlə bütün terrorçuları məhv edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!