Ərdoğan və Putin arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Putin arasında telefon danışığı oldu

Siyasət

11 May 2025 16:46 391


"Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqları qəbul etməyə hazırdır".

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.

"Sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqlarından ötrü lazımi şərait yaradacaq", - deyə R.T.Ərdoğan vurğulayıb. Dördpendirli pizza

İki lider arasında baş tutmuş telefon danışığı barədə açıqlama verən Kreml bəyan edib ki, Ərdoğan Putinin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etmək təklifini alqışlayıb və rəsmi Ankaranın danışıqların təşkili və keçirilməsində bütün mümkün köməyi göstərəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!