Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağ məsələsini müzakirə etdi
29 May 2021 15:55
690

Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağ məsələsini müzakirə etdi

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankarada səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında baş tutacaq görüşdə müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İ.Kalın və V.Şerman eyni zamanda, Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Tərəflər adıçəkilən bölgələrdə sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Qeyd olunub ki, Türkiyə-ABŞ münasibətərinin qarşılıqlı güvən və aktiv əməkdaşlığa əsaslanan əlaqələr çərçivəsində nəzərdən keçirilməsi vacibdir.

NATO-da iki önəmli müttəfiq olan Türkiyə və ABŞ-ın əməkdaşlığının alyansı gücləndirdiyi və yeni sınaqlar qarşısında beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb.

Görüşdə eyni zamanda, terrorçuluqla mübarizə məsələsi də müzakirə olunub./Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər