“Ərim xəyanət etdi, qadın hamilə idi” - Sevda

saytların hazırlanması

Evə çatdırılma

“Ərim xəyanət etdi, qadın hamilə idi” - Sevda

Şou

27 Fevral 2025 16:18 429


“Qadın kimi xoşbəxt olmadım. Nəsib olmadı. Əvvəldən olmadı. Mənimki qətirmədi. Oğlum heç dünyaya gəlməmişdi. O, yarı yolda idi. İlk ərimlə ayrıldım. Bibinəvəsi ilə ailə qurmuşdum. Alınmadı, çox az müddət sonra ayrıldıq”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqizı deyib.

İkinci dəfə musiqiçi ilə ailə qurduğunu deyən müğənni bildirib ki, ərinin xəyanəti ilə üzləşib: Dominos pizza

“Evliliyimiz 13 il davam etdi. Xəyanət etdi. Hər şeyə mən son qoydum. Rəhmətlik Səməd Səmədovun istəyi ilə musiqi qrupuna getdim. Elə onunla da orada tanış oldum. O həm də kinqboks üzrə çalışırdı. Kimliyini çox yaxşı bilirlər. Adını açıqlamaq mənə xoş deyil. Bilən bilir...

O sonradan musiqini kənara qoyub idman sahəsinə getdi. Bir qədər sonra obaşqa bir qadınla xəyanət etdi. O qadın incəsənət aləmindən deyil. Onu görməmişəm, tanımıram. Ərimin mənə xəyanətini oğlum, yaxınlarım görüb bildilər. O xanım artıq hamilə idi. Bunu isə ona heç cürə bağışlaya bilməzdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!