"Türkiyənin Ermənistan və Azərbaycan münasibətləri ilə bağlı bəyanatları ilkin şərt deyil".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Eduard Ağacanyan deyib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan Zəngəzur layihəsi ilə bağlı konkret addımlar atmaqla və Azərbaycanla hərtərəfli sülh müqaviləsi bağlamaqla, regionda sülh arzusunu nümayiş etdirməlidir.
“Fikrimcə, həmin bəyanat hələ də ilkin şərt deyil. Türkiyə həmişə oxşar mövqedən çıxış edib və bizim üçün təbii ki, bu, heç vaxt məqbul olmayıb”, - deyə Ağacanyan qeyd edib.
Ermənistan tərəfi, parlamentarinin qeyd etdiyi kimi, həmişə Ankaranın bəyanatları və hərəkətləri arasında fikir ayrılıqlarının olduğunu bildirib.
“Məqsədlərimizdən biri bu fərqi aradan qaldırmaq və ya heç olmasa minimuma endirməkdir. Ermənilərin mövqeyi dəyişməyib və bu məsələdə hər hansı ilkin şərt qəbuledilməzdir”.
Telegram kanalımız