Erməni generallar təcili bunkerlərə toplaşdı - Papikyan da gəldi

saytların hazırlanması

Evə çatdırılma

Erməni generallar təcili bunkerlərə toplaşdı - Papikyan da gəldi

Siyasət

16 Noyabr 2021 16:16 6428


Ermənistanın Müdafiə Nazirliyinin yüksək rütbəli generalları dövlət sərhədindəki gərginliklə bağlı təcili toplaşıb.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, erməni generallar Müdafiə Nazirliyinin bunkerlərində bir araya gəlib.

Bildirilir ki, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyan təcili işçi məsləhətləşmələr keçirmək üçün bunkerə gəlib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!