Erməni müxalifəti parlamenti bloklamağı düşünür

saytların hazırlanması

Evə çatdırılma

Erməni müxalifəti parlamenti bloklamağı düşünür

Rəsmi

24 May 2022 12:01 831


"Müxalifət Ermənistan parlamentinin binasının mühasirəyə alınması ssenarisini müzakirə edir".

Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşri mövzunun davamında qeyd edir:

"Lakin hələ ki, bu barədə qərar verilməyib. Müzakirələr ən ciddi şəkildə aparılır ki, hakimiyyət əvvəlcədən heç nədən xəbər tutmasın".

“Sabah Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumət saatında iştirak etmək üçün parlamentə yollanacaq. Əvvəlki 4 günlük iclasdan nümunə götürərək, minlərlə vətəndaşın MM binasına yürüş etdiyi, lakin polis kordonunu yarmayan müxalifət bu dəfə parlament binasını blokadaya alacaqmı?" - deyə "Hraharak" mövzunu ritorik sualla bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!