Erməni nazir “Qarabağ Ermənistandır” deməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir “Qarabağ Ermənistandır” deməkdən imtina etdi

Rəsmi

31 May 2022 17:39 1196


Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan bəyan edib ki, onun Qarabağla bağlı mövqeyi hökumətin proqramında əksini tapıb.

Yenisabah.az xəbər verir ki, jurnalistlərlə söhbətində o, “Artsaxın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağına inanırmı” sualına belə cavab verib.

"Mənim mövqeyim hökumət proqramında təqdim olunub. Hökumət bu məsələ ilə (Qarabağ problemi - red.) bağlı danışıqlar aparır. Düşünmürəm ki, fövqəladə hallar naziri bu danışıqlara münasibət bildirmək səlahiyyətinə malikdir. Amma sənəddə nə deyilirsə, onu hökumət proqramına uyğun olaraq, mən öz şəxsi nöqteyi-nəzərim hesab edirəm”, - Pambuxçyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da "Qarabağ Azərbaycanın tərkibində olmayacaq" ifadəsinin danışıqlar prosesinə maneçilik törətdiyini vurğulamış və onu səsləndirməyin əleyhinə çıxmışdı./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!