ABŞ Prezidenti Donald Tramp "The Hugh Hewitt Show" podkastına verdiyi müsahibədə Vaşinqtonun Tehranla münaqişəsinin həlli 2-3 həftə çəkəcəyini bildirib.
"Yeni Sabah" ABC News-a istinadla xəbər verir ki, o, Vaşinqtonun həll üçün vaxt qrafikini önəmli saymadığını vurğulayıb.
Tramp BƏƏ-nin atəşə tutulmasından sonra atəşkəsin tamamlanıb-tamamlanmaması ilə bağlı suala cavab verməkdən imtina edib.
Amerika lideri digər məsələlərlə yanaşı, İranın zənginləşdirilmiş uranın istifadəyə yararsız ola biləcəyi fikrini də irəli sürüb: "O, çox dəyərli deyil. Yəqin ki, istifadəyə yararsızdır. Onu çıxara bilməyəcəklər".
Eyni zamanda, ABŞ Prezidenti yenə də bu zənginləşdirilmiş urana nəzarəti ələ keçirmək istəyini ifadə edib.
Telegram kanalımız