“44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrində islahatlar, xüsusən də Türkiyə modelinə keçid çərçivəsində 4 yeni xüsusi təyinatlı bölmə (Komando) formalaşdırılıb”.
Yenisabah.az xəbər verir ki, bu barədə müxalif “Patev unem” fraksiyasının deputatı Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb:
“Azərbaycandakı xəbərlərdən görünür ki, onlar Türkiyə hərbi məktəblərində, eləcə də analoji qoşunların hazırlanması üçün nəzərdə tutulan yerlərdə tam hazırlıq keçiblər.
Gələcəkdə Türkiyənin fəal iştirakı ilə belə bölmələrin bir hissəsinin Azərbaycanda çoxalması nəzərdə tutulur.
Azərbaycanda çoxlu ordu korpusu, sərhəd qoşunları yaradılıb, bəziləri yenidən təşkil edilib.
Ermənistanda isə Müdafiə naziri Suren Papikyan hələ də 3 il əvvəl istifadəyə verilmiş şəxsi yeməkxanalardan, hərbçilərin cəbhə xəttində naməlum şəraitdə itkin düşməsindən, bəzi mühüm istiqamətlərdə sərhədçilərin çadırlarda döyüş növbətçiliyində olmasından, Silahlı Qüvvələrdə aparılan “islahatlardan” danışır. Amma bu “möhtəşəm islahatlar” nazirin xoşuna gəlmədiyi üçün ya ləngiyir və yaxud da heç olmur. Təəssüf ki, bu tendensiya davam edir və ya onların təbincə desək, "sülh dövrü"”.
Telegram kanalımız