2020-ci ildə Gəncədə baş verən erməni terroru nəticəsində hər iki valideynlərini itirmiş Nilay və Xədicə bu il məktəbə başlayıblar.
Yenisabah.az xəbər verir ki, Xədicə 1-ci sinfə, Nilay isə Məktəbəqədər hazırlıq qruplarına başlayıb.
Xatırladaq ki, erməni silahlı bölmələrinin 2020-ci ildə Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev də dağılmışdı. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılmışdı. Azyaşlı qızın atası, anası və yaşyarımlıq bacısı isə vəfat etmişdi. Toyuqlu pizza
Nilay isə erməni vandalizmi nəticəsində təkcə valideynlərini deyil, nənəsini də itirmişdi. Eyni zamanda, artıq Nilay nənəsi və babası ilə birlikdə Bakıya köçüb. O, məktəbə Bakıda gedəcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız