Ermənistan Aİ ilə ticarəti artırır

Ermənistan Aİ ilə ticarəti artırır

Rəsmi Veb saytların hazırlanması

03 Noyabr 2023 13:59 1842


Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir.

Yenisabah.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, parlamentdə büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İttifaqının aparıcı üzv ölkələri ilə ticarətin artdığını bəyan edib.

Onun sözlərinə görə, Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb.

Ümumən ilin 9 ayı ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb.

Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Ermənistanın Rusiya Federasiyasının özü ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!