Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri: 8 kənd Azərbaycana qaytarılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri: 8 kənd Azərbaycana qaytarılır

Rəsmi

19 Aprel 2023 11:57 5850


Paşinyan Azərbaycanın ərazi bütövlüyünü SSRİ sərhədləri əsasında tanımağa hazırdır. Bununla da o, faktiki olaraq Qarabağın Azərbaycana aid olduğunu etiraf edir. 

Yenisabah.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

“Yeganə problem bu deyil. Bəs Ermənistan ərazisində anklavlar (Azərbaycanın 8 kəndi Ermənistan ərazisindədir - red.) necə olacaq? Onları da təhvil verməyi planlaşdırırlarmı? Baş Bazirin dünənki bəyanatı belə bir ehtimala dəlalət edir”, - o bildirib. pizza hut

Vanetsyan vurğulayıb ki, Azərbaycan Ermənistanın Ararat rayonunda dövlətlərarası yolun keçdiyi Kərki kəndinə iddia edir:

“Bununla yanaşı, Tavuş rayonunun bir sıra kəndlərinə ərazi iddiaları irəli sürülür. Müxalifətin küçə mübarizəsi Azərbaycanla sənədin imzalanması planlarına mane olsa da, hazırkı proseslər sənədin müddəalarının imzalanmasa da, həyata keçirildiyini göstərir. Əslində delimitasiya və demarkasiya sənəd imzalanmadan həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycanın irəliləməsidir, yəni Dığ (Tex) kəndindəki mövqeləridir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!