Ermənistan üçün tarixi fürsət

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan üçün tarixi fürsət

Dünya

16 Sentyabr 2026 09:01 74


Avropa Parlamenti Ermənistan məhsullarına ticarət güzəştlərinin tətbiqini nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, qərara əsasən, Avropa İttifaqı (Aİ) Ermənistandan idxal olunan geniş çeşiddə məhsullara tətbiq olunan gömrük rüsumlarını 2 il müddətinə dayandıracaq. Bu, Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinin liberallaşdırılması deməkdir.

Bu qərara görə, təxminən 324 məhsul qrupu üçün sərbəst ticarət nəzərdə tutulur. Dominos pizza

Aİ-nin hesablamalarına görə, ermənistanlı iş adamları 2 il ərzində aparacaqları ticarət qarşılığında 5,4 milyon avro məbləğində gömrük rüsumu ödəməkdən azad olacaqlar.

Güzəştli ticarət Ermənistanın daha əvvəl Rusiya ilə meyvə-tərəvəz ixracının 99 faizini və içkilərin 91 faizini əhatə edəcək.

Qeyd edək ki, Rusiya bu ilin may ayında Ermənistandan kənd təsərrüfatı məhsullarının (balıq, içkilər, süd məhsulları, güllər və s.) idxalını tədricən qadağan edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!