Ermənistanın keçmiş təbiətin mühafizəsi naziri Vardan Ayvazyan saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Miqran Poqosyan bildirib.
O qeyd edib ki, hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib. pizza
Vəkilin sözlərinə görə, Vardan Ayvazyan noyabrın 9-dan 10-na keçən gecə etiraz aksiyalarının təşkilində şübhəli bilinir.
Daha əvvəl Ermənistan MTN-in sabiq nazir Vardan Ayvazyanın mənzilində axtarış aparması barədə xəbər verilmişdi. /Qafqazinfo
Telegram kanalımız