Ermənistandan Rusiyanı qəzəbləndirəcək daha bir addım 

Ermənistandan Rusiyanı qəzəbləndirəcək daha bir addım 

Dünya Veb saytların hazırlanması

20 Noyabr 2023 09:31 815


"Ermənistan ABŞ-nin köməyi və vasitəçiliyi ilə Ukraynaya “Toçka- U” raketləri ötürməyə razılıq verib". 

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, belə bir iddia ilə Kremlə yaxın mənbələr çıxış ediblər: “Amma hələ ki, bu iddianı təsdiqləyəcək sübut yoxdur. Ermənistanın Ukraynaya ötürə biləcəyi silahların sayı da məlum deyil”.

Həmçinin qeyd olunub ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşır.

Vurğulanıb ki, bu proseslər İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi fonunda baş verir.

Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan noyabrın 9-da jurnalistlərə bildirib ki, Ermənistan KTMT-dən çıxmağın hüquqi prosesini müzakirə etmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!